Türkiyə daha iki şəhid verib

Tarix : 2015/09/25 16:36     Kateqoriya : DÜNYA    


	Türkiyə daha iki şəhid verib

Kürd Fəhlə Partiyasının (PKK) terrorçuları sentyabrın 24-də və 25-də Türkiyənin Şırnak vilayətinin Beytüşşebap rayonundakı hərbi hissələrə hücum ediblər. Nəticəsində iki hərbçi şəhid olub, səkkizi yaralanıb.

Anadolu Agentliyinin məlumatına görə, bu hücumlardan sonra Türkiyə Silahlı Qüvvələrinin bölgədə keçirdiyi genişmiqyaslı antiterror əməliyyatlarda 30 terrorçunun məhv edildiyi bildirilir.