6 nömrəli marşrut avtobusundan istifadə edənlərin nəzərinə!

Tarix : 2016/02/14 15:53     Kateqoriya : SOSİAL    


	6 nömrəli marşrut avtobusundan istifadə edənlərin nəzərinə!

“BakuBus” MMC-nin 6 nömrəli marşrut avtobusu Bakının bəzi küçələrində görülən təmir-bərpa işləri ilə əlaqədar marşrut xəttini müvəqqəti dəyişib.

«Fakt-Araşdırma» Azərtac-a istinadən xəbər verir ki, bu barədə “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə fevralın 13-14-də MMC-nin 6 nömrəli marşrut avtobusunun hərəkət istiqaməti dəyişib. Avtobus “Azadlıq prospekti” metro stansiyası önündən yalnız “İçərişəhər” metro stansiyasına qədər hərəkət edəcək.

6 nmrənin marşrutu dəyişdi