Qurban bayramı ilə bağlı keçirilən reydlər zamanı qanun pozuntuları aşkarlanıb

Tarix : 2015/09/25 17:06     Kateqoriya : ARAŞDIRMA    


	Qurban bayramı ilə bağlı keçirilən reydlər zamanı qanun pozuntuları aşkarlanıb

Qurban bayramı ilə əlaqədar olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin (DBNX) respublikanın ayrı-ayrı kəsim yerlərində keçirdiyi reydlər zamanı 20 qanun pozuntusu aşkarlanıb. DBNX mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli APA-ya bildirib ki, İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq aidiyyəti şəxslər cərimə edilib və onlar haqda protokol tərtib olunub.
Y. Xanvəlinin sözlərinə görə, qanun pozuntuları daha çox baytarlıq-sanitariya tələblərinə cavab verməyən yerlərdə heyvanların satılması ilə bağlıdır: “Sənədsiz heyvan satışı ilə bağlı 2 fakt qeydə alınıb. Sənədsiz satılan heyvanlar müvəqqəti olaraq nəzarətə götürülüb.
 
Respublika baytarlıq laboratoriyasında müayinə üçün onlardan qan nümunələri götürülüb. Əgər heyvanlar sağlam olsa onların satışa icazə veriləcək, yox sağlam olmasa satışına icazə verilməyəcək”.
Qeyd edək ki, Azərbaycanda Qurban bayramı sentyabrın 24-25-də qeyd olunacaq.