Göz yaşları selə dönən ANA

Tarix : 2016/02/15 21:27     Kateqoriya : MÖVQE    


	Göz yaşları selə dönən ANA

“MƏN SƏNƏ DƏRMAN ÜÇÜN CİBİMDƏN PUL VERƏSİ DEYİLƏM !"

 
Fevralın 5-i, cümə günü, iş otağımda gündəmdə olan xəbərlərə nəzər salırdım. Qapı döyüldü: “buyurun”-dedim. Cavan, çox sadə, kasıbyana  ailə, ata-ana və ananın ağuşunda olan suyuşirin bir bala içəri daxil oldular. Hər 3 nəfərin  çöhrələrinə, sanki  matəm çökmüşdü. İlk müraciətə Ana başladı...”Sizdən xahiş edirəm, balama kömək edin.”-dedi, ağladı. Göz yaşları sel kimi dayanmadan  axır. Təklif etdim ki, əyləşsin və rahat dərdini söyləsin. Ana köksünü ötürərək:
 
- Biz, Şəmkir şəhəri Muxtariyyə kəndindən gəlmişik. 5 ildir ki, ailə qurmuşuq. Evladım, Aysel qızımızın 4 yaşı var. Aman-zaman bir evladımın dərdi böyükdür. Gözümü ona dikmişəm, balam əldən gedir.  Şəmkir şəhər xəsətxanasının həkimləri Ayseldə beyin xərçəngi xəstəliyini aşkar ediblər. Sonra bizi, Bakı şəhəri N.Tusi adına xəstəxanaya göndərdilər. Orada isə beyin ətrafında bədxassəli 2 şiş olduğunu dedilər. Həyat yoldaşım fəhlə, mən isə evdar qadınam. Çox kasıb, imkansız ailəyik. İndiyəcən, uşağın dərmanlarını birtəhər çatdırmışıq, amma indi yox...ömək üçün İcra hakimiyyətinə başçıya müracət etdik. Şəmkir şəhər İH-nin başçısı Alimpaşa Məmmədovun qəbuluna üz tutduq. . Xəstə evladımla məni başçının qəbuluna icazə vermədilər. Aysel atasının qucağında aşağı mərtəbədə qaldılar. Tək məni, başçının qəbul otağına gedən yolu göstərdilər... Dərdimi başçıya  söylədim ki, “Evladımın xarici ölkə Almaniyada əməliyyat olması üçün maddi imkanım yoxdur. Barı dərmanları bahadır, ona köməklik edin.” - dedim. Başçı Alimpaşa Məmmədov mənə: - “Mən sənə cibimdən çıxarıb, dərman pulu verəsi deyiləm”-dedi. Kor-peşman qayıtdım. Və şirkətləri soraqlaya-soraqlaya bura (yəni, Şəmkir -  Ataholdinq MMC) gəldim. Xahiş edirəm, mən Anayam, övladım əllərimdə məhv olur. Köməklik edin, dəranların alınmasına görə maddi köməklik istəyirəm, evladım ölməsin.. Əsəb gərginliyindən daha evladım da olmur. Mənim ailəmdə dağılacaq- gözyaşlarına qərq olmuş halda danışdı. 
 
Çox ağır dərddir. Ayseli qucağıma aldım. Uşağın gözləri üzümdə qalmışdı. Sanki elə bil, o, gözyaşlarımı gözləyirmiş kimi baxırdı. Çətinliklə gizlədə bildim, amma Aysel yaşın axdığını  artıq görmüşdü. Gözlərini üzümdən çəkmirdi....Bu halda, Şəmkir İH-nin başçısının dedikləri məni  daha da  hiddətləndirdi..Suallar doğurur... İnsanlıqdankənar, vicdansızlıq bir yana, bəs icra etdiyi vəzifənin məsuliyyəti, xalqa xidməti, bir yaralı Ananı, ailəni bu cür yola salarlarmı ?! Yaxud, yaralı ailə, xalqın nümayəndəsi deyilmi ?! Başçı, təyin olunduğu posta nə üçün təyin edilib ?! Qərara aldım sosial şəbəkə facebook-da Ayselə yardım məqsədilə statya yazaraq, paylaşım. Bəlkə Allah kərimdir – dedim. Əvvəl öz profil səhifəmdə, sonra isə özümün yaratdığım “Bütöv Azərbaycanın Prezident İlham Əliyevə dəstək qrup”unda Ayselin müalicəsi üçün maddi yardıma ehtiyac olmasına və başçı haqqında statya yazaraq. paylaşmalar etdim. 
 
Aradan bir neçə gün keçdikdən sonra, facebook profilimde olan 5000 dostlardan İsraildə yaşayan həmyerlimiz, əslən Quba şəhəri  yəhudiəsilli  Səadət xanım Şükürova mənimlə əlaqə saxladı. Tam surətdə məlumat aldıqdan sonra Ayselin xərclərini öz öhdəsinə götürməyini dedi. Bu xəbəri eşidən kimi mənə, elə bil  yeni bir ruh – ümid gəldi. Səadət xanım Şükürova – rejissor,  İsrail – Azərbaycan dostluq münasibətləri, tolerantlıq, multikulturualizm yolunda təşəbbüskar, vətənpərvər həmyerlimizdir. Təşəkkür və minnətdarlığımı bildirdikdən sonra,  Aysel balanın  atası Elşənə  şad xəbəri müjdə verdim...Bundan əlavə  facebook şəbəkəsində dostlardan, “Azərbaycan –İsrail Beynəlxalq Tibb Mərkəzi”nin sülhməramlı səfiri Alexsander Şapiro Suliman tərəfindın mərdcəsinə təklif gəldi ki, klinika Aysel balanın xəstəliyinin müainəsinə pulsuz xidmət göstərəcək. Klinikada müainədən sonrakı müalicə və əməliyyatı üçün proseslərə  istiqamət verəcəklər. Hal-hazırda Ayselin dərmanlarının alınmasına Səadət xanım Şükürova tərəfindən ilkin maddi yardım edildi və bu yaxın günlərdə o klinikaya yollanacaq.  Mən inanıram ki, 4 yaşlı Ayselin ulduzu parlaqdır.
 
O bir mələkdir...
 
Allah Ayselə vasitəçi bəndələri ona rast gətirən kimi, şəfasını da verəcəkdir İnşallah.
 
“Azərbaycan –İsrail Beynəlxalq Tibb Mərkəzi”nin sülhməramlı səfiri Alexsander Şapiro Suliman ilə tanışlığımız olmuşdu. Klinika əlillərə xeyriyye məqsədilə fəaliyyət göstərir. Hər ay əlillərə göstərilən tibbi müainə, klinika tərəfindən pulsuz xidmət “AÇIQ QAPI” elan olunur. Burada düzgün, şəffaf  diaqnoz  məyyən olunduqdan sonra xəstənin sağalması üçün göstərilən proseduralar. güzəştli yolla xarici ölkə İsrailin tanınmış xəstəxanalarında əməliyyat olunmasına zəmanət verilir. Regionlar üzrə yardım - .xeyriyyəçilik məqsədilə, əlillər müainələr edilir. 
Yaradan bütün xəstələri heç bir bəndəsinə yox, Yaradana  möhtac etsin. AMİN !

Rəna MƏMMƏDOVA

Ataholding ASC Qərb filialının iqtisadçısı