Ramil Usubov əmr imzalayıb

Tarix : 2016/02/16 16:38     Kateqoriya : SİYASƏT    


	Ramil Usubov əmr imzalayıb

Daxili işlər orqanlarında yeni təyinat olub. 

«Fakt-Araşdırma» APA-ya istinadən bildirir ki, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi Etibar Balakişiyev tutduğu vəzifədən azad edilərək Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi Natiq Qasımov bir müddət əvvəl tutduğu vəzifədən azad edilərək Nizami rayon Polis İdarəsinin narkotiklərlə mübarizə bölməsinin rəisi təyin edilib.