Təmas xəttində monitorinq keçiriləcək

Tarix : 2016/02/17 12:29     Kateqoriya : SİYASƏT    


	Təmas xəttində monitorinq keçiriləcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq fevralın 18-də Tərtər rayonu ərazisindəki qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.
 
«Fakt-Araşdırma» Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik və onun səhra köməkçisi Jiri Aberle keçirəcəklər.
 
Təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Xristo Xristov və Peter Svedberq keçirəcəklər.