Azərbaycan Suriya böhranının siyasi həllinin tapılmasının tərəfdarıdır

Tarix : 2016/02/17 14:17     Kateqoriya : SİYASƏT    


	Azərbaycan Suriya böhranının siyasi həllinin tapılmasının tərəfdarıdır

Azərbaycan bölgədə sülh və atəşkəsin bərqərar olması və Suriya xalqının iradəsinə uyğun olaraq, böhranın siyasi həllinin tapılmasının tərəfdarıdır. 

«Fakt-Araşdırma» xəbər verir ki, bunu XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 4-də Londonda “Suriyaya və regiona dəstək” adı altında keçirilmiş konfransda çıxış edərək Suriya böhranı ilə bağlı Azərbaycanın mövqeyini və yaşanan humanitar fəlakətin aradan qaldırılması ilə əlaqədar ölkəmizin təcrübəsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır", - o qeyd edib