Boks üzrə ölkə çempionatına yekun vurulub

Tarix : 2016/02/17 14:53     Kateqoriya : İDMAN    


	Boks üzrə ölkə çempionatına yekun vurulub

Gənclər arasında boks üzrə ölkə çempionatına yekun vurulub.

«Fakt-Araşdırma» xəbər verir ki, Azərbaycan Boks Mərkəzində beş gün davam edən yarışda 200-ə yaxın idmançı gücünü sınayıb.

Yarışda Kənan Əliyev (49 kq, “Rabitə”), Ruslan Rüstəmov (52 kq, “Rabitə”), Seymur İsayev (56 kq, “Gilan”), Sərxan Əliyev (60 kq, Naxçıvan), Bəxtiyar Qazıbəyov (64 kq, “Rabitə”), Pərviz Quliyev (69 kq, “Rabitə”), Rasim Çobanlı (75 kq, Qəbələ), Elxan Əliyev (81 kq, “Gilan”), Şahin Musayev (91 kq, “Gilan”) və Məhəmməd Abdullayev (91 kq-dan yuxarı, “Rabitə”) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.