"GİZ" gender bərabərliyindən jurnalistlərə təlim keçdi

Tarix : 2018/05/27 23:33     Kateqoriya : SOSİAL    


	"GİZ" gender bərabərliyindən jurnalistlərə təlim keçdi

Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) "Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı çərçivəsində mayın 26-27-də Nabranda jurnalistlər üçün növbəti təlim keçirilib. "Gender hüququ: Gender balansın təşviq edilməsində medianın rolu” mövzusunda iki gün davam edən təlimdə 20-yə yaxın kütləvi informasiya nümayəndəsi iştirak edib.
 
Təlimin birinci günündə təlimçi Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri, Azərbaycan Mətbuat Şurası sədrinin müavini Müşfiq Ələsgərli "Gender balans” anlayışı barədə geniş məlumat verib.
 
Gender balans nədir, gender balans təmin olunarsa dünyada hansı yeniliklər, dəyişikliklər baş verər, dünyada gender balansın mövcud durumu, BMT-nin "Gender bərabərsizliyi” hesabatı və Davos Forumunun "Gender bərabərliyi” indeksinə dair məlumatlar diqqətə çatdırılıb. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən təlimdə gender hüququ, gender balansın təmin edilməsinin hüquqi əsasları, beynəlxalq konvensiyalar, milli qanunvericilik, media və gender balans, gender balansın təşviq edilməsində medianın rolu ətraflı müzakirə olunub. Bu istiqamətdə davam edən müzakirələrdə Jurnalistlərin Peşə Davranışı Qaydalarının (Etik kodeks) gender balans mövzusuna yanaşması, informasiya qanunvericiliyinin gender balans mövzusuna yanaşması və sair məsələlərə toxunulub.
 
Təlimin ikinci günündə isə mediada gender balansın təşviq edilməsində mövcud problemlər, onların aradan qaldırılması yolları müzakirə olunub. Təlim müddətində maraq doğuran suallar təlimçi M.Ələsgərli tərəfindən ətraflı cavablandırılıb.
 





 
/kaspi.az/