Azərbaycandakı qəbirlər İslamın İndoneziyaya Qafqazdan gəldiyini göstərir

Tarix : 2018/06/08 16:14     Kateqoriya : SOSİAL    


	Azərbaycandakı qəbirlər İslamın İndoneziyaya Qafqazdan gəldiyini göstərir

İndoneziyanın Azərbaycandakı səfiri Husnan Bey Fananie və İndoneziya Universtetinin tədqiqatçısı, eyni zamanda Fars mədəniyyəti tədqiqatçısı Bastian Zulyeno Ph.D Azərbaycanın Sundu və Mərəzə bölgələrində qədim qəbirlərlə tanış olub.
 
İndoneziyanın Azərbaycandakı səfirliyindən “Faktat.az”-a verilən xəbərdə bildirilir ki, mərkəzi Azərbaycanda, iki bölgədə yerləşən bu qəbirlərin XI-XII əsrlərə aid olduğu təxmin edilir. Ön araşdırma etmək üçün Azərbaycana gələn Sebastian bu qəbirlərin Aceh və Barusdakı qəbirlərə bənzədiyini deyib. Həmin qəbirlərdə sufi yazıları, fars şairlərinə aid ayaqqabı kimi simvolları sufi alimlərindən və ya bəylərindən xəbər verir. Tarixi materiallarına baxanda isə bu ehtimal daha da güclənir. 
 
Qəbristanın təpədə yerləşməyi də buna bir işarə ola bilər: “Bildiyimiz kimi İslam İndoneziyada əhalinin əksəriyyətidir və dünyada da müsəlman əhali daha çoxdur”. Bastianın fikrinə görə, bu səbəbdən İslamın Indoneziyaya gəlməyi və inkişafı müzakirə mövzusudur. Onun sözlərinə görə, hələ ki tarixçilər arasında İslamın ilk dəfə İndoneizyaya necə gəldiyi haqqında ortaq qənaət mövcud deyil. İslamın İndoneziya arxipelaqına gəlməyi haqqında iki cür nəzəriyyə mövcuddur. Birincisi VII əsrə, Bəni Üməyyənin İslam Dövləti zamanında Ərəbistan yarımadasına, indiki Orta-Şərq dediyimiz əraziyə təsadüf edir (661- 750) Bu birinci nəzəriyyəni dəstəkləyənlər arasında V.P.Groeneveldt, T.V.Arnold,Seyx Naquib Al-Attas, J.C. van Leur, Hamka, və Uka Tjandrasasmita kimi tədqiqatçı alimlər var. İkinci nəzəriyyədə isə deyilir ki, İslamın İndoneziya adalarına yayılması XIII əsrə təsadüf edir. İkinci nəzəriyyəni dəstəkləyənlər arasında C. Snouck Hourgranje, R.A. Kern, J.P.Moquette, dan Haji Agus Salim kimi görkəmli səxslər də var. Buna əsasən isə İslam İndoneziyaya Abbasilər zamanında (750-1258) daxil olub.
 
 Səfir isə iki nəzəriyyə ilə əlaqəli olaraq “İslamın Indoneziyaya Qafqaz, xüsusilə Azərbaycan tərəfindən tanıdılmağı davam ediridi, hansı ki o zamanlar Azərbaycan Iran dövlətinin ərazisindəydi”dedi Azərbaycan eyni zamanda Orta-Asiyadan gələn, hansı ki orada təriqətlər yaranmışdı, Sufilərin də məkanı olub. Bu Ərəb yarımadasından yayılan dinin İndoneziyada daha da güclənməyinə təkan verirdi. Husnan Bey Fananie və Sebastian umid edirlər ki, bu tarixi kəşf, hələ də bilinməyən İndoneziyaya İslamın gəlməyinin tarixi araşdırmalarına bir ön addım olar və bu yöndə qərəzli məlumatların qarşısı alınar.