Elmar Məmmədyarov Gürcüstana yola düşüb

Tarix : 2016/02/18 18:41     Kateqoriya : SİYASƏT    


	Elmar Məmmədyarov Gürcüstana yola düşüb

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstana səfərə yola düşüb.

XİN-nin mətbuat xidmətindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, səfərin məqsədi Azərbaycan, Gürcüstan və Türkiyə xarici işlər nazirlərinin fevralın 19-da Tbilisi şəhərində keçiriləcək beşinci üçtərəfli görüşündə iştirak etməkdir.