Mütləq Döyüş Çempionatının (UFC) ikinci turniri aprelin 20-də Sankt-Peterburqda keçiriləcək.
TASS informasiya agentliyi xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib.
Arena 7 mindən artıq tamaşaçı tutumuna malikdir.
UFC-nin birinci turniri isə Moskvanın Olimpiya İdman Kompleksində ötən ilin payızında keçirilib.