Pakistan səfirliyində Milli Gün münasibətilə bayraqqaldırma mərasimi oldu

Tarix : 2019/08/14 12:04     Kateqoriya : SİYASƏT    


	Pakistan səfirliyində Milli Gün münasibətilə bayraqqaldırma mərasimi oldu

Bu gün Pakistanın Milli Günü münasibətilə bu ölkənin Azərbaycandakı Səfirliyində bayraqqaldırma mərasimi oldu.

Tədbirdə səfirliyin əməkdaşları, Azərbaycandakı Pakistan icmasının nümayəndələri iştirak ediblər.

Səfir Səid Xan Mohmand əvvəlcə ölkə prezidentinin və baş nazirinin təbrik mesajlarını səsləndirib. Diplomat müstəqilik illərində ölkəsinin keçdiyi yola, qazandığı uğurlara qısa nəzər salıb. Azərbaycanla münasibətlərdən söz açan diplomat bu münasibətlərin yüksək səviyyədə olduğunu, iki ölkənin hər zaman bir-birini dəstəklədiyini deyib.

Səfir Pakistan icmasının üzvlərini təbrik edib.

Daha sonra dövlət himninin sədaları altında Pakistanın dövlət bayrağı qaldırılıb.

Xəyalə Süleymanqızı