Pakistan səfiri Azərbaycandan dəstək gözləyir

Tarix : 2019/08/14 13:19     Kateqoriya : SİYASƏT    


	Pakistan səfiri Azərbaycandan dəstək gözləyir

Bu gün Pakistan xalqı Müstəqillik Günü qeyd edir.

"Bu gün biz həm də Kəşmir xalqı ilə əmin-amanlığımızı qeyd edirik. 14 avquat 1947-ci ildə Pakistan və Hindistan müstəqillik əldə etdikdən sonra Kəşmirin öz müqəddəratını təyinetmə barədə BMT qətnamələri olsa da, Hindistan buna imkan vermədi"

"Faktat.az"-ın məlumatına görə bu sözləri Pakistanın Azərbaycandakı səfir Səid Xan Mohmand Pakistanın Milli Günü münasibətilə keçirdiyi mətbuat konfransında deyib.

Səfir bildirib ki, bu il 5 avqust tarixində qarşı tərəf konstitusiyasındakı bu maddələri dəyişib:

“Kəşmiri də iki hissəyə bölüblər. Bu, o deməkdir ki, hindlilər Kəşmirə rahat gəlib  işləyə, yaşaya bilər, Kəşmir öz bayrağlnı dalğalandıra bilməz. Məqsəd Kəşmirin demoqrafik vəziyyətini dəyişməkdir”.

Səfir deyib ki, hazırda vəziyyət belədir ki, Kəşmirdə siyasi liderlər həbsdə və ev həbsindədirlər:

"Əraziyə 38 min əlavə hərbi qüvvə gətiriblər, 600 min daha əvvəl var idi. 9 gündür komendant saatı var,  telefon, internet, bütün kommunikasiya kəsilib. Hindistan tərəfindı olan Kəşmirin dünya ilə əlaqəsi kəsilib. Xəstəxanalar bağlıdır, dərman, yemək tapılmır. Qəlpəli bombalardan istifadə edirlər ki,  partlayanda oyuncağa çevrilir, uşaq götürəndə də yenidəb partlayır. Qadınların saçlarını kəsirlər.

Kəşmir yer üzündə bir cənnətdir, amma Hindistan silahlı qüvvələri hər şeyi məhv edir. Turizmi məhv ediblər. Bu, qınağa səbəb olub. Hətta Hindistandakı müxalifət  partiyaları, xristian icması buna etiraz edir. Biz bu hərəkətləri qəti qınayırıq. Hindistanla diplomatik münasibətlərimiz ən aşağı səviyyəyə düşüb.  2 milyarda çatan ticarət dövriyyəmiz təxirə salınıb. Səfirimizi geri çağırmışıq, Hindistan səfiri də geri göndərilib. Sabah Hindistanın müstəqillik günüdür biz bunu qara gün elan etmişik. Kəşmirdəki bu hərəkətlər  BMT nizamnaməsinə ziddir. Məqsəd Kəşmirin statusunu dəyişməkdir. Kəşmirdə vəziyyət hazırda çox acınacaqlıdır".

Səid Xan Mohmand onu da əlavə edib ki, "son vəziyyət Hindistanda da qınağa səbəb olub. Belə ki, sikxlər və xristianlar, o cümədən Hindistan müxalifəti bu qərarı qınayıb. Son 5 ildə Hindistanın hakim partiyası müsəlmanlara qarşı düşmənçiliklə yadda qalıb. Onlar bu illər ərzində klisələri belə yandırıb, xristianları hindu dininə sitayiş etməyə məcbur ediblər. Qərarın səbəblərindən biri də "Hindistan hindular üçündür" düşüncəsini yaymaqdır". 

Səfir sonda jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, "Kəşmir məsələsi ilə bağlı Azərbaycan XİN-də nazir müavini ilə görüşüb vəziyyəti bildirdim. Azərbaycan İKT Kəşmir kontakt qrupun üzvüdür. Azərbaycan bizə dost, qardaş ölkədir. Biz Azərbaycandan bu barədə rəsmi qətnamə qəbul etməsini xahiş etdik. Bilirsiniz ki, biz Qarabağ məsələsində Azərbaycanı tam dəstəkləyirik və yeganə dövlət bizik ki, ermənistanı dövlət kimi tanımırıq. Bundan əlavə Pakistan parlamentinin xarici əlaqələr üzrə komitəsi Xocalı faciəsini soyqırım kimi tanıyan qətnamə qəbul edib, həmçinin parlamenti Ermənistan qoşunlarının Azərbaycanın işğal altından olan torpaqlarından dərhal çıxarılması barədə də qəbul edib. Azərbaycandan da tam dəstək gözləyirik və əminik ki, qardaş ölkə bu dəstəyi verəcəkdir. Pakistan və Azərbaycan arasında hərbi əməkdaşlıq davam edir və yüksələn xətt üzrə də davam edəcəkdir".

Xəyalə Süleymanqızı