BƏƏ İranın dondurulmuş aktivlərini azad edib

 
Tarix : 2019/10/22 13:57     Kateqoriya : DÜNYA    


	BƏƏ İranın dondurulmuş aktivlərini azad edib

	 

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İranın Dubay və Əbu-Dabi banklarındakı dondurulmuş aktivlərini (700 milyon dollar) azad edib.

BƏƏ bu addımı atmaqla İran ilə münasibətlərin yaxşılaşdırılması niyyətində olduğunu bildirib. İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi BƏƏ-nin bu addımını yüksək qiymətləndirib və deyib ki, İran yaxın qonşuları ilə hər zaman danışıqlara hazırdır.

AZƏRTAC