AZAL “Payız endirimləri” adlı aksiya elan edir 

Tarix : 2019/10/23 16:36     Kateqoriya : SOSİAL    


	AZAL “Payız endirimləri” adlı aksiya elan edir 

 "Azərbaycan Hava Yolları" (AZAL) “Payız endirimləri” çərçivəsində aviabiletlərə endirim kampaniyası elan edir.

“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən “Faktat.az”-a verilən məlumata görə,2019-cu il 23-31 oktyabr tarixləri aralığında aviabiletlərin uçuşdan 72 saat öncə alındığı təqdirdə ekonom-sinif üzrə qiymətlər aşağıdakı kimi olacaq (qiymətlər Bakıya və geri istiqamətdə gediş-dönüş olmaqla göstərilmişdir):

 

· Küveyt – 159 avro

· Antalya – 169 avro

· İstanbul – 179 avro

· Dubay – 179 avro

· Almatı – 189 avro

· Ankara – 189 avro

· Tel-Əviv – 229 avro

· Berlin – 269 avro

· Milan – 289 avro

· Paris – 299 avro

· Ciddə – 309 avro

· London – 389 avro

· Nyu-York – 439 avro

 

Qiymətlər bütün vergi və yığımlar nəzərə alınmaqla göstərilmişdir.

Aviabiletlərin dəyərinə 23 kq-dək baqajın, həmçinin 10 kq-dək əl yükünün (55*40*23 sm-dək ölçüdə) daşınması daxildir.

Endirimli qiymətlərlə təqdim edilən aviabiletlərin sayı məhduddur.

Uçuşlar 2019-cu il 1 noyabr - 7 dekabr tarixləri aralığında həyata keçiriləcək. Endirimlə əldə olunmuş biletlər geri qaytarılmır və dəyişdirilmir. Reys çərçivəsində “AZAL Miles” bonus proqramından istifadə etmək mümkündür. Bonus proqramı haqqında ətraflı məlumat www.miles.azal.az saytında təqdim edilmişdir.

Aviabiletləri www.azal.az saytında, AZAL-ın kassalarında və şirkətin rəsmi agentliklərində əldə etmək olar.

Əlavə məlumat üçün aviaşirkətin müştəri xidmətlərinə callcenter@azal.az elektron poçt ünvanı və yaxud saytımızda əks əlaqə forması vasitəsilə müraciət edə bilərsiniz.