Elmar Məmmədyarov İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə görüşdü

Tarix : 2019/10/23 17:38     Kateqoriya : SİYASƏT    


	Elmar Məmmədyarov İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə görüşdü

Qoşulmama Hərəkatının Bakıda keçirilən XVIII Zirvə Görüşü çərçivəsində  Xarici İşlər naziri Elmar Məmmədyarov İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə görüşdü

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Faktat.az”-a verilən məlumata görə, nazirlər iki dövlət arasında ümumi tarixi, dini, mədəni əlaqələrə əsaslanan dostluq və mehriban qonşuluq münasibətlərinin ikitərəfli əməkdaşlıq gündəliyində duran məsələləri üzrə fikir mübadiləsi apardılar.

Nazirlər iki ölkənin dövlət başçıları arasında olan qarşılıqlı hörmət və etimadın Azərbaycan-İran münasibətləri üçün həlledici rol oynadığını söylədilər. Bu xüsusda, iranlı nazir Azərbaycan tərəfinə qonaqpərvərliyə və QH-nin Zirvə Toplantısının yüksək səviyyədə təşkil etdiyinə görə təşəkkür bildirdi.

Söhbət əsnasında uğurla inkişaf edən regional əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarının geniş perspektivlər açdığı qeyd edildi. Bu mənada bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəhəng nəqliyyat dəhlizləri, o cümlədən dəmir yollarının gözəl fürsətlər yaratdığı vurğulandı.

Görüşün sonunda Nazir Məhəmməd Cavad Zərif Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş Xatirə kitabına öz ürək sözlərini yazdı.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə etdilər.