19 oktyabr aksiyası üçün məkan və zaman seçimində şübhəli məqamlar olduğunu yazmışdıq. 26 il müddətində "səbrlə" davranan, müxalifətçiliyi inhisara alıb onun üzərində biznes quran, ara-sıra "boy göstərib" sakitləşən, rahatca ömrünü sürən qrupla nə baş verdi ki, ildırım kimi çaxdılar, aktivləşib 1 ay müddətində iki dəfə aksiya keçirməyə maraq göstərdilər? Rəsmi razılıq verilmiş məkanı buraxıb, sanksiyalaşdırılmamış aksiya üçün 28 May medanına axmağa, polislə açıq qarşıdurmaya gedib boyunlarını şüurlu şəkildə qoltuq altına verməyə nədən cəhd göstərdilər? Suallar çoxdur. Təhlilçilər ümumi rəyə gəlmişdilər ki, Azərbaycanın bağlı olduğu geopolitik proseslərdə, o cümlədən, Qarabağ probleminin həlli istiqamətində yürüdülən siyasətdə canlanma var. Bu proseslərdə mövqeyimizi zəiflətmək, ölkəmizin əl-qolunu bağlamaq üçün güc mərkəzlərinə bəhanə lazımdır. Həmin bəhanənin tapılması "radikallara" sifariş edilib.
Bu ehtimalın reallığa çevrilməsi özünü çox gözlətmədi. Budur, sanki aylar öncədən yazılıb hazır saxlanılmış kimi görünən bəyanatlar ard-arda düzülüb. "Human Rights Watch", "Freedom House", "Nyu-York Jurnalistləri Müdafiə Komitəsi" fürsəti qaçırmadılar, beynəlxalq rəyi çaşdıran bəyanatlar verdilər. Azərbaycan polisini "aksiya iştirakçılarına divan tutmaqda" qınayıb ölkəmizin adını növəbti dəfə qara siyahılara namizəd göstərdilər. Amma bunlar, QHT statuslu təşkilatlardırlar. Bəyanat verənlər sırasında Avropa İttifaqının mövqeyi diqqət çəkir. Artıq iki gündür ki, "radikallar" və onların Youtube kanalları Aİ-nin son bəyanatna köklənib bayram edirlər.
Dünən sabiq səfir Arif Məmmədov "Osmanqizi TV"-dən "müjdə verdi" ki, niyyətlərinə çatıblar: "artıq Human Rights Watch və Avropa sosial demokratları Avropa İttifaqına müraciət edərək, Azərbaycanla aparılan "Strateji saziş" danışıqlarını dayandırmağa çağırıblar". Məmmədov hesab edir ki, "Avropa İttifaqının bəyanat yayması, Aİ-nin ali nümayəndəsi Federika Moqerninin mətbuat katibi Mariya Kosyançiçin Azərbaycan hakimiyyətinə müraciət edərək 19 oktyabrda saxlanılan insanların məsələsini araşdırmağa çağırması, Aİ ilə Azərbaycan arasında aparılan "strateji saziş" danışıqlarının dondurulacağı yolunda ilk addımdır". Həm Arif Məmmədov, həm də Osmanqızı işin bu həddə çatmasında maraqlı olduqlarını, "ilk addımdan" sevinc duyduqlarını gizlətmirlər.
Amma niyə? Avropa İttifaqı ilə bağlanılması gözlənilən saziş təkcə Azərbaycan hakimiyyətinin deyil, həm də xalqın, yəni, ümumilikdə ölkənin, dövlətin marağındadır. Sazişin imzalanması yönündə danışıqlara mane olmaqla, "radikallar" kimin marağına qarşı çıxırlar? Və ya, sualın əksi: onlara belə maneə yaratmağı kim sifariş edib?
"Radikallar" hələ aprel may aylarında ciddi şəkildə sazişə qarşı çıxmışdılar
Yəqin ki, özünü "Demokratik qüvvələrin Milli Åžurası" elan etmiş qurumla "Real" Partiyası arasında bir neçə ay öncə yaşanmış gərginlik hər kəsin yadındadır. Səbəb, Azərbaycanın Avropa İttifaqı ilə imzalamalı olduğu "Strateji saziş"ə yönəlik münasibət idi. Müxalifət partiyaları arasında "Strateji saziş"in imzalanmasına dəstək verib-verməməklə bağlı fikir ayrılığı yaranmışdı. Avropa Parlamenti tövsiyyə etmişdi ki, Azərbaycan "Strateji saziş"in izalanması üçün ölkədə "Avropa dəyərləri"nin tətbiq edilməsi yolunda addımlarını sürətləndirməlidir. Əks təqdirdə, Aİ bu sazişi imzalamaqdan imtina edə bilər. Azərbaycan tərəfi isə "Avropa dəyərlərinin tətbiqi yolunda addımları" xalqın rifah halının yüksəldilməsi kontekstində fasiləsiz olaraq atdığını, bunun üçün məcburiyyət motivli şərtlər qoyulmasına zərurət olmadığını bildirmişdi. İsbatı olaraq 2019-cu ilin ilk üç ayı ərzində icra edilən islahatlar paketini, humanitar aksiyaları nümunə göstərmişdi. Göstərilən arqument qarşı tərəfdən qəbul edilmişdi.
Aİ rəhbərliyi Azərbaycan tərəfindən irəli sürülən arqumentləri təsadüfən qəbul etməyib, bunun üçün ictimai rəyi öyrənmişdi. Müxtəlif icmalarla keçirilən sorğularda Azərbaycan ictimai mühitinin təmsilçiləri "Strateji saziş"in imzalanmasının hər iki tərəf üçün faydalı olduğunu qeyd edib, Azərbaycandakı durumun bu sazişin imzalanması üçün adekvat olduğunu əsaslandırmışdılar. Yalnız, "radikallardan" başqa. Rəyi soruşulanlar sırasında, təbii ki, müxalifət təmsilçiləri, o cümlədən, "radikal düşərgə" nümayəndələri də var idi. "Real" Partiyasının sədri İlqar Məmmədovun ölkədəki son islahatlar dalğasını əsas tutaraq, sazişin imzalanmasının tərəfdar olduğunu bildirməsi isə onu və partiyasını radikal düşüncəli əqidədaşlarının hədəfinə çevrmişdi. İlqar Məmmədovun mövqeyi belə idi ki, özündə Avropa dəyərlərini ehtiva edən indiki islahatlar paketi əsas tutularaq, "Strateji saziş" birinci mərhələdə imzalanmalıdır. İkinci mərhələdə isə Avropa Parlamenti onu təsdiqləməlidir. Əgər Azərbaycan hakimiyyəti ikinci mərhələdə təsdiqlənməyə qədər islahatlar prosesini davam etdirməsə, sənədin qarşısını Avropa Parlamentində almaq olar. Milli Åžura isə təkid edir ki, öncə islahatlar paketi tam gerçəkləşdirilməli, bundan sonra sazişin imzalanmasına razılıq ifadə edilməlidir.
2019-cu ilin ilk yarısında aparılan bu mübarizə Azərbaycan hakimiyyətinin qələbəsi ilə tamamlanmışdı. Yəni "Strateji saziş"in imzalanması üçün danışıqların davam etdirilməsinə qərar verilmiş, imzalanma tarixi prinsipial olaraq razılaşdırılmışdı. Prezident İlham Əliyevin may ayında Brüsselə səfəri, Åžərq Tərəfdaşlığı Proqramının 10 illiyinə həsr edilmiş Zirvə toplantısına qatılması, onun Brüsseldə yüksək səviyyədə, isti qarşılanması, nümayişkəranə şəkildə digər ölkələrin prezidentlərindən fərqləndirilməsi hər şeyin normal getdiyinə, sazişin imzalanacağına ümidləri artırmışdı.
Bundan bir ay sonra, iyun ayında Avropa İttifaqı Åžurasının prezidenti Donald Tuskun Bakıya səfəri, Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda görüşlər keçirməsi, yekunda "Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir" bəyanatını verməsi, Azərbaycan tərəfini sevindirmiş, təbii ki, erməni şəbəkəsini də ciddi şəkildə narahat etmişdi.
Erməni lobbisi ilə həmrəylik aksiyası
2019-cu il aprelin 4-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bildirmişdi ki, Azarbaycanla imzalanması gözlənilən "Strateji saziş" çox yaxın zamanda reallaşdırılacaq. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da Brüsseldə, Azərbaycan-Avropa ittifaqı Əməkdaşlıq Åžurasının iclasının yekunu üzrə mətbuat konfransında demişdi ki, sazişin 90 faizi artıq razılaşdırılıb, sənəd tezliklə imzalanacaq. Eyni fikirləri Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti məsələləri üzrə komissarı Yohannes Han da təsdiqləmişdi.
Elə həmin vaxt bəlli olmuşdu ki, Sazişin imzalanacağı gün yaxınlaşdıqca, bu yöndə danışıqlar intensivləşdikcə, bu sazişin imzalanmasına qarşı olan şəbəkələr də aktivləşirlər. Bunlar versiya deyil, zaman-zaman isbatını tapmış arqumentləşmiş hallardır. Baxaq, aprelin 4-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini "Strateji saziş"in çox yaxın zamanda reallaşdırılacağını deyir. Bundan həmən sonra, aprelin 11-də, Strasburqda AÅžPA-nın Yaz Sessiyasında "Korrupsiya maşını: mütəşəkkil cinayətkarlığa və çirkli pulların yuyulmasına qarşı beynəlxalq təhlükələrə reaksiya" adlı qətnamə qəbul edilir. Qətnamədə müxtəlif dövlətlərin qüsurları simvolik şəkildə göstərilsə də, əsas vurğu Azərbaycanın üzərində qoyulur, Azərbaycan uzun müddətli, əsassız bir qalmaqala cəlb edilir. Paralel olaraq "Transparency İnternational" (Tİ) təşkilatı Korrupsiya İndeksi hesabatında Azərbaycanın adını gözlənilmədən ötən illərlə müqayisədə birdən-birə 32 pillə geri atmışdı. Təşkilat bu "gözlənilməz qərarını" "Azərbaycan landromatı" hesabatı ilə əlaqələndirmişdi. Tİ Korrupsiya İndeksini hazırlayarkən, "bəzi rəqəmlərdə" "Corrupsiya və Mütəşəkil Cinayətlər Hesabatı Layihəsi"-nə (OCCRP) istinad etdiyini göstəmişdi. OCCRP isə Soros Fondu tərəfindən maliyyələşən bir layihədir.
Aİ ilə imzalanacaq sazişə qarşı nə qədər geniş bir şəbəkə əhatə olunub? Misalların sayını artırmaq olar. Amma zərurət yoxdur. Əsas olan, bu misallardan çıxan nəticədir. Tarixi təcrübə göstərir ki, Azərbaycan taleyüklü hadisələr dönəmində, ölkəyə, millətə fayda gətirəcək istənilən fəaliyyət ərəfəsində bu cür hallarla rastlaşır. Avropa Åžurasının Nazirlər Komitəsinə sədrlik dönəmində, BMT-nin Təhlükəsizlik Åžurasına rəhbərlik etmək ərəfəsində, 2012-ci ilin Avroviziya müsuqi yarışması zamanında, I Bakı Avropa Oyunları dönəmində analoji hadisələr yaşanıb: "radikal" müxalifət canlanıb, peyk QHT-lər onlara dəstək verib, Corc Sorosdan başlamış erməni lobbisinə qədər hər kəs hərəkətə keçib, Avropa Parlamentinin, AÅžPA-nın qətnamələri ortaya çıxıb. Aİ ilə saziş məsələsi dönəmində də eynisi baş verir. Azərbaycan Aİ ilə Strateji saziş imzalamaq ərəfəsində olanda, şər şəbəkəsi də aktivləşir. Åžəbəkənin tərkibində isə Corc Sorosdan başlamış erməni lobbisinə, Cənubi Qafqaz üzərində planlar quran güc mərkəzlərinə, böyük dövlətlərə, həmçinin, ölkə içində olan "5-ci kolon" a qədər hər kəs var. Ölkə içində "5-ci kolon" missiyasını yerinə yetirən "radikal düşərgə"nin aktivləşməsi, hər gün mitinqlər elan etməsi, sabitliyin pozulmasına cəhd göstərilməsi, daxili qarşıdurmaların intensivləşməsi də bununla bağlıdır.
Düşünürlər ki, niyyətlərinə çatırlar. Arif Məmmədovun Osmanqizi TV-yə verdiyi müsahibə, bunu aydın göstərir. Amma sual açıq qalır: "radikallar" 19 oktyabrının nəticəsi olaraq, Aİ ilə sazişi pozacaqları ehtimalını düşünüb niyə bayram edirlər? Onlar kimin marağına xidmət edirlər?
Müşfiq Ələsgərli
Milli.Az