“PREMIUM BANK”fəaliyyətini genişləndirir

Tarix : 2019/10/24 14:29     Kateqoriya : İQTİSADİYYAT    


	“PREMIUM BANK”fəaliyyətini genişləndirir

"Premium Bank" ASC ölkəmizdənağdsız hesablaşmalarının inkişafına vəelektron ödəniş xidmətlərinin genişləndirilməsinətövhəverən “SOCAR PETROLEUM” QSC iləbirgəəməkdaşlığa başlayıblar. "Premium Bank" ASC-ninMiles kartlarının sahibləri “SOCAR” yanacaqdoldurma məntəqələrindəyanacağı alarkən əlavəmil balları qazanmış olacaqlar vətoplanan milləri “Azərbaycan Hava Yolları” QSC-nin uçuş istiqamətləri üzrəbiletəçevirmək imkanı əldəedəcəklər.

“Premium Bank”​ ASC-nın mətbuat xidmətindən  “Faktat.az”-a verilən məlumata görə, müştərilərəbu imkanın verilməsi məqsədi ilə“SOCAR” yanacaqdoldurma məntəqələrində"Premium Bank" ASC-nin POS-terminalları quraşdırılıb. Əlavəmillərin qazanılması "Premium Bank"-ın POS terminalları iləödəniş edən bankın bütün Miles kart sahibləri üçün etibarlıdır.

Xatırlatmaq istərdik ki, "Premium Bank" Miles kartı bank kartının üstünlüklərini və"Azal Miles" proqramının iştirakçısının imtiyazlarını özündəbirləşdirən müştərək ödəməkartıdır. Gündəlik alış-veriş vəxidmətlərin haqqını "Miles" kartı vasitəsiləödəniş edərək, kartın sahibi öz hesabına ballar toplayır. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı (manat ekvivalentində) hesablanır. Ballar həmçinin "Azərbaycan Hava Yolları" aviaşirkətinin reyslərindən istifadəedərkən toplanılır. Toplanılan ballarıkart sahibi AZAL aviaşirkətinin pulsuz uçuş biletinə, xidmət sinfinin artırılmasına istifadəedəbilər.Bankın məhsul vəxidmətləri barədədaha ətraflı məlumat əldəetmək üçün www.premiumbank.azsaytına, (012)931Sorğu Mərkəzinəvəya Bankın rəsmi “Facebook” səhifəsinəwww.fb.com/premiumbank.az müraciət edəbilərsiniz.