Azərbaycanda istehsal olunan karbamidin ilk ixrac partiyasının dəmir yolu ilə daşınmasına başlanıldı

Tarix : 2019/10/25 13:11     Kateqoriya : İQTİSADİYYAT    


	Azərbaycanda istehsal olunan karbamidin ilk ixrac partiyasının dəmir yolu ilə daşınmasına başlanıldı

“Azərbayacan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC ARDNŞ-in Karbamid zavodunda istehsal olunan karbamidin ilk ixrac partiyasının dəmir yolu ilə daşınmasına start verdi.

Hər birisinin çəkisi 800 kq olan boyük kisələrdə (biq baq) daşınan karbamidin ümumi çəkisi 1984 ton təşkli edib. Karbamid zavoodundan yük avtomobilləri ilə H.Z.Tağıyev stansiyasına çatdırılaraq, burada ADY Express şirkətinin təqdim etdiyi 40 ədəd yarımvaqona yüklənib və yola salınıb. Gürcüstandakı tərəfdaş şirkəti olan «GR Logistics and Terminals» şirkəti ilə birgə, ADY Express karbomidi Batumi limanına nəql edir. Buradan yük, dəniz vasitəsi ilə, Latın Amerikasında olan alıcıya çatdırılacaq.

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhimdar Cəmiyyətindən “Faktat.az”-a verilən məlumata görə, yaxın zamanda karbamidin daha boyük partiyasının xaricə nəql olunması planlaşdırılır.

Xatırladaq ki, SOCAR Carbamide zavodu 16 yanvar 2019-cu ildə Sumqayıt Kimya Sənaye Parkının ərazisində inşa edilmişdir. Zavod 650-660 min ton karbamid məhsulu istehsal etmək gücündədir.

İstehsal həcminin təxminən 70 faizi ixrac üçün nəzərdə turulub ki, bu da ölkəyə ildə 160 milyon dollara qədər əlavə gəlir əldə etməyə imkan verəcəkdir. SOCAR karbamid zavodu hazırda qeyri-neft sektorunda həyata keçirilən, ümumi dəyəri təxminən 800 milyon avro olan ən böyük layihədir.