Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib

Tarix : 2019/10/25 13:14     Kateqoriya : SİYASƏT    


	Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycana səfərə gəlib

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün oktyabrın 25-də Azərbaycan Respublikasına səfərə gəlib.

Prezident Qurbanqulu Berdiməhəmmədovu Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycanın Baş Nazirinin müavini Şahin Mustafayev, Xarici İşlər nazirinin müavini Mahmud Məmməd-Quliyev və digər rəsmi şəxslər qarşıladılar.

AZƏRTAC