Azərbaycanlı alimin Rusiyada keçirilən “Komarov oxuları”nda məruzəsi dinlənilib

Tarix : 2019/10/28 15:56     Kateqoriya : TƏHSİL    


	Azərbaycanlı alimin Rusiyada keçirilən “Komarov oxuları”nda məruzəsi dinlənilib

Azərbaycanlı alimin Rusiyada keçirilən “Komarov oxuları”nda  məruzəsi dinlənilib

AMEA Botanika İnstitutunun ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsinin “Faktat.az”-a verdiyi məlumata görə, 1-25 oktyabr 2019-cu il tarixlərində AMEA Botanika İnstitutunun direktoru, akademik Validə Əli-zadə Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən V.İ.Komarov adına Botanika İnstitutunun direktoru, professor Dmitry Geltmanın xüsusi dəvətilə ənənəvi keçirilən “Komarov oxuları”nda” tədbirində iştirak edib. 

Səfərin məqsədi məhşur alim, akademik Vladimir Komarovun 150-ci illik yubileyinə həsr olunan “Müasir botanikada innovasiya və ənənələr” adlı beynəlxalq konfransda “Azərbaycanda biomüxtəliflik və ekosistem xidmətlərinin qiymətləndirilməsi” mövzusunda plenar məruzə ilə çıxışı və elmi müzakirələrdə iştirakı olub.