Cenevrədə ekologiya statistikasına dair beynəlxalq tədbir keçirilir

Tarix : 2019/10/29 11:04     Kateqoriya : SİYASƏT    


	Cenevrədə ekologiya statistikasına dair beynəlxalq tədbir keçirilir

28-29 oktyabr 2019-cu il tarixlərində İsveçrənin Cenevrə şəhərində BMT-nin Avropa İqtisadi Komissiyasının “Ekologiya statistikası və göstəriciləri” üzrə məqsədli işçi qrupunun 16-cı sessiyası keçirilir.

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin mətbuat katibliyindən “Faktat.az”-a verilən məlumata görə, tədbirdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Energetika və ətraf mühit statistikası şöbəsinin müdiri Rəna Lazımova iştirak edir.

Sessiyada təşkilati məsələlərə baxılacaq, işçi qrupunun sədri və sədrin müavinləri seçiləcək. Həmçinin, Ekoloji-İqtisadi Uçot Sisteminin tətbiqi üzrə beynəlxalq səviyyədə aparılmış işlərin yekunları, Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya (ŞAQMA) ölkələrində ətraf mühitə dair statistik məlumatların mütəmadi istehsalı və mübadiləsi üçün potensialın möhkəmləndirilməsi, BMT-nin Avropa İqtisadi Komissiyasının “ŞAQMA ölkələrində ekoloji göstəricilərin istifadəsinə dair Tövsiyələr”in əməli tətbiqi və ekoloji göstəricilərin metaməlumatlarının yeni strukturu ilə bağlı məsələlər müzakirə olunacaq.

Sessiyada R.Lazımova təqdimatla çıxış etmiş və Dövlət Statistika Komitəsi tərəfindən hazırlanmış “Azərbaycan Respublikasının ekoloji göstəricilər kataloqu” haqqında məlumat vermiş, sənədin ekoloji siyasətin formalaşdırılması və reallaşdırılması, ətraf mühitin vəziyyətinə dair hesabatın hazırlamasındakı əhəmiyyətindən danışmışdır.