Avstriyanın Vyana şəhərində Beynəlxalq Qarabağ Forumu keçiriləcək

Tarix : 2019/10/30 11:09     Kateqoriya : SİYASƏT    


	Avstriyanın Vyana şəhərində Beynəlxalq Qarabağ Forumu keçiriləcək

Dünya Azərbaycanlıları Assambleyası (DAA) 04 fevral 2017-ci ildə Almaniyanın Köln şəhərində "Dünya Azərbaycanlıları Köln Forumu"-nu təşkil etmişdi.

DAA Mətbuat və İnformasiya Xidmətindən “Faktat.az”-a verilən məlumata görə, Forumda alınan qərarlar içərisində Beynəlxalq Qarabağ Forumunun keçirilməsi idi.

Bununla əlaqədar bildiririk ki, DAA idarə heyyətinin 28.10.2019-cu il tarixində iclası keçirilmişdir. İdarə heyyətinin qərarına əsasən 21.02.2020-ci ildə Avstriyanın paytaxtı Vyana şəhərində Beynəlxalq Qarabağ Forumunun keçirilməsini qərara almışdır. Forumun Vyanada keçirilməsinin qərara alınmasına səbəb BMT və ATƏT kimi bir sıra beynəlxalq təşkilatların məhz bu şəhərdə yerləşməsi ilə əlaqədardır. Həmçinin bu tədbirdə beynəlxalq təşkilatların, o cümlədən Avropa Parlamentinin, ATƏT, BMT , Avropa Şurasının nümayəndələrinin iştirakı gözlənilir.

Qeyd edək ki, Dünya Azərbaycanlıları Assambleyası 06.09.2016-cı ildə Almaniyada beynəlxalq ictimai təşkilat olaraq qeydiyyatdan keçmişdir.