Guido Ambroso: «O dövrdə insanlar vaqonlarda yerləşmişdilər»

Tarix : 2019/11/01 12:59     Kateqoriya : SİYASƏT    


	Guido Ambroso: «O dövrdə insanlar vaqonlarda yerləşmişdilər»

"BMT Azərbaycanda 1992-ci ildə fəaliyyətə başlayıb. O vaxt Azərbaycana Ermənistan və Azərbaycanın Qarabağ bölgəsindəki müharibə zonasından 1 milyon qaçqın və köçkün sığınmışdı".

Faktat.az”-ın məlumatın görə, bu sözləri BMT QAK-ın Azərbaycan üzrə nümayəndəsi Guido Ambroso deyib.

"Yenə yaxşı ki, o dövrdə hər hansı xəstəlik yayılmadı, epidemiya ortaya çıxmadı. Bu da qaçqın insanların dözümlülüyünü göstərirdi. Təəssüf ki, o dövrdə insanlar vaqonlarda yerləşmişdi və onların necə ağır vəziyyətdə yaşadıqlarını öz gözlərimlə görmüşəm" deyən Ambroso əlavə edib ki, o vaxtdan başlayaraq BMT-nin bütün idarələri və digər beynəlxalq təşkilatlar qaçqın və məcburi köçkünlərə kömək göstərməyə başlayıb. "Yerin altında qazılmış kazarmalarda, çadırlarda, tikintisi başa çatmayan binalarda məskunlaşan insanların durumu acınacaqlı həddə çatmışdı. O cümlədən, BMT QAK ilk olaraq çadır yardımı göstərdi. Amma bu az idi. BMT QAK hesab edirdi ki, insanlar belə yerlərdə yaşaya bilməz. Ona görə də müəyyən şəraiti olan yaşayış yerləri təşkil etməyə başladıq. Nəticədə fərd hesabı ilə 16 min insan daha yararlı quraşdırma evlərdə məskunlaşdı" deyən Ambrosu 1996-cı ildən başlayaraq 2000-ci ilədək Füzuli və sair rayonlarda proqramlar icra edib. "Eyni zamanda, ümumilikdə 513 sinif otağı olan məktəblər tikilib. BMT QAK insanların sosial rifahını yüksəktmək üçün 1993-cü ildən sonra toplam 50 milyon dollar xərcləyib" deyib cənab Ambroso.