Elmar Məmmədyarov Fransa Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirini qəbul edib

Tarix : 2019/11/26 10:04     Kateqoriya : SİYASƏT    


	Elmar Məmmədyarov Fransa Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfirini qəbul edib

Xarici İşlər naziri Elmar Məmmədyarov Fransa Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Zakari Qrosu qəbul edib
 
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən “Faktat.az”-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov səfiri yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirdi.

Görüş zamanı tərəflər Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, elm-təhsil, enerji və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi apardılar.

Səfir Zakari Qros diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirdi.

Nazir Elmar Məmmədyarov səfir Zakari Qrosa diplomatik fəaliyyətində uğurlar arzu etdi.