Əddis Əbəbədə keçirilən Avropa Film Festivalında "Əli və Nino" filmi nümayiş etdirildi

Tarix : 2019/11/26 15:39     Kateqoriya : SİYASƏT    


	Əddis Əbəbədə keçirilən Avropa Film Festivalında "Əli və Nino" filmi nümayiş etdirildi

Əddis Əbəbədə keçirilən Avropa Film Festivalında "Əli və Nino" filmi nümayiş etdirildi

Avropa İttifaqının Efiopiyadakı Nümayəndəliyinin təşkilatçılığı ilə keçirilən "Avropa Film Festivalı" çərçivəsində Əddis-Əbəbə şəhərində yerləşən "VAMDAS" kinoteatrında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layihə rəhbəri və icraçı prodüseri olduğu "Əli və Nino" bədii filmi təqdim olundu.

Səfirlikdən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan səfir Elman Abdullayev filmi izləmək üçün gəlmiş efiopialı və digər xarici qonaqları salamalayaraq, ölkəmizdə tolerantlıq və multikulturalizm ənənələri ilə yanaşı, ilk respublikamızın qurulması proseslərini beynəlxalq ictimaiyyətin diqqətinə çatdıran bu filmin xüsusi əhəmiyyətə malik olduğunu qeyd etmişdir.

İzləyicilərin geniş marağına səbəb olmuş filmin nümayişində Əddis-Əbəbədə akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların və Efiopiya ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.