Polislərlər intihara cəhdin qarşısını aldılar

Tarix : 2019/11/27 12:00     Kateqoriya : ARAŞDIRMA    


	Polislərlər intihara cəhdin qarşısını aldılar

Noyabrın 26-da saat 11 radələrində Bakı şəhər sakini 2004-cü il təvəllüdlü Avcı İlahə Ramazan qızı intihar etmək məqsədilə «Bakı Ağ Şəhər Bulvarı» ərazisində özünü dənizə atmışdır.

Baş Prokurorluqdan “Faktat.az”-a verilən məlumata görə, həmin ərazidə xidmət aparan polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində İlahə Avcı dənizdən çıxarılaraq dərhal tibbi yardım göstərilməsindən ötrü Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə aparılmışdır.

Hazırda İlahə Avcının səhhəti normaldır.

Faktla əlaqədar Xətai rayon prokurorluğunda araşdırma aparılır.