Özbəkistanda eyni gündə 51 oğlan uşağına kiçik toy edilib

 
Tarix : 2019/11/27 13:53     Kateqoriya : DÜNYA    


	Özbəkistanda eyni gündə 51 oğlan uşağına kiçik toy edilib

	 

Özbəkistanın Əndican vilayət hakimiyyəti və Qadınlar Komitəsi eyni gündə 51 oğlan uşağına kiçik toy edib.

Uşaqların hamısı imkansız ailələrin övladlarıdır.

Əndican vilayətinin hakimi Şuxrat Abduraxmanov valideynləri təbrik edib, uşaqlara hədiyyələr verib.

Mərasimdə çıxış edənlər deyib ki, imkansız adamlara əl tutmaq, onlara dəstək olmaq xalqımızın nəcib işlərindən biridir. Bildirilib ki, adət-ənənəyə uyğun olaraq uşaqların hamısına milli paltarlar alınıb.

Valideynlər bu humanist aksiyanı keçirənlərə öz təşəkkürlərini bildiriblər.

Musiqili kiçik toy məclisi bir neçə saat davam edib.

AZƏRTAC