AQTA pomidor istehsalı və ixracı ilə məşğul olan sahibkarlara müraciət edib

Tarix : 2019/11/28 16:02     Kateqoriya : İQTİSADİYYAT    


	AQTA pomidor istehsalı və ixracı ilə məşğul olan sahibkarlara müraciət edib

AQTA pomidor istehsalı və ixracı ilə məşğul olan sahibkarlara müraciət edib

Müraciətdə bildirilir ki, pomidor bitkisinin ən təhlükəli zərərli orqanizmlərindən biri Pomidor lağımlayıcı güvəsi-(Tuta absoluta Meyrick) hesab edilir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, hazırda idxal-ixrac əməliyyatları sahəsində əməkdaşlıq edən ölkələr bu zərərvericini diqqət mərkəzində saxlayır, zərərverici yayılmış ölkələrin ərazisindən idxala məhdudlaşdırıcı fitosanitar tədbirlər tətbiq edirlər. Zərərvericinin yayılma yolları çox asan və sürətlidir.

Azərbaycan Respublikasının aqrar ölkə olduğunu, bitki və bitkiçilik məhsullarının xüsusi ilə də pomidorun respublikanın bir çox rayonlarında becərildiyini və ixracda ilk yerlərdən birini tutduğunu nəzərə alaraq, sözügedən məsələlərə ciddi yanaşılması zəruridir.

Pomidor lağımlayıcı güvəsi pomidora ziyan vurmaqla yanaşı badımcan, bibər, lobya və s.bitkilərədə zərər vurmaqla onların keyfiyyətini və məhsuldarlığını aşağı salır. Pomidor lağımlayıcı güvəsinə qarşı aqrotexniki, bioloji, mexaniki və kimyəvi mübarizə tədbirləri həyata keçirilir. Müasir dövrdə tez və daha səmərəli nəticələrin alınması üçün fumiqasiya tədbirlərinə üstünlük verilir.

AQTA bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müraciət edərək bildirir ki, Respublikamızda pomidor məhsulunun istehsal və ixrac potensialının aşağı düşməməsi, ixrac olunan yüklərdə zərərli orqanizmlər aşkar edilərək, yüklərin geri qaytarılmaması, ən başlıcası respublikamızın imicinə zərər gəlməməsi üçün, hər birinizi sözügedən məsələlərə önəm verməyə, rəhbərlik etdiyiniz məhsul becərilən ərazilərdə vaxtında və düzgün mübarizə tədbirlərinin həyata keçirilməsinə nəzarət etməyinizi xahiş edirik.

Sahibkarlar bununla bağlı hər hansı peşəkar dəstək və metodiki köməklik üçün AQTA-nın 1003 “Çağırı Mərkəzi” və ya 012-377-00-77 (daxili 231, 239) telefon nömrələri ilə əlaqə saxlaya bilərlər.