Azərbaycan Ordusunda ağacəkmə aksiyası keçirilir

Tarix : 2019/11/28 16:19     Kateqoriya : SİYASƏT    


	Azərbaycan Ordusunda ağacəkmə aksiyası keçirilir

Azərbaycan Respubikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ekoloji vəziyyətin yaxşılaşdırılması və yeni yaşıllıq zonalarının salınması təşəbbüsünə Azərbaycan Ordusunun şəxsi heyəti də qoşulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, ağacəkmə aksiyası çərçivəsində birlik, birləşmə, hərbi hissələr, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, idarə və təşkilatlarda ümumi sayı 60 mindən çox müxtəlif növ ağac əkiləcək, təyin olunmuş ərazilərdə yeni yaşıllıq zolaqları salınacaq, abadlıq və yaşıllaşdırma işləri aparılacaq, ağacların dibi yumşaldılacaq və yaşıllıqlara aqrotexniki qulluq göstəriləcək.

Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə təbiətin qorunmasına töhfə vermək, ekoloji tarazlığın bərpasına, ətraf mühitin mühafizəsinə kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək və ictimaiyyətin diqqətini yaşıllaşdırma işinin vacibliyinə yönəltməkdir.

Hazırda Azərbaycan Ordusunda ağacəkmə aksiyası davam edir.

AZƏRTAC