Parlamentin buraxılması ilə bağlı Azərbaycan Prezidentinə müraciət olunması barədə qərar qəbul edilib

Tarix : 2019/11/28 16:27     Kateqoriya : SİYASƏT    


	Parlamentin buraxılması ilə bağlı Azərbaycan Prezidentinə müraciət olunması barədə qərar qəbul edilib

Prezident İlham Əliyevin apardığı islahatlar cəmiyyət tərəfindən müsbət qarşılanır və dəstəklənir. Bu islahatlar bir çox sahələri əhatə edir və dövlətimizin daha da inkişafına hesablanıb. 2019-cu ildə dövlətimizin başçısının sərəncamları ilə böyük sosial addımlar atılıb. Aparılan islahatlar həyatımızın istisnasız olaraq bütün sahələrini əhatə edir. Azərbaycanda hakimiyyətin hər iki qolunda islahatlar aparılıb və bu davam etdiriləcək.

Əli Əhmədov bildirib ki, YAP və Siyasi Şura vətəndaş mövqeyini, milli maraqların, dövlət maraqlarının bütün maraqlardan üstün tutulmasını nümayiş etdirərək partiyanın da geniş şəkildə təmsil olunduğu və çoxluq təşkil etdiyi qanunverici orqanın yeniləşməsinin zəruriliyini aydın şəkildə ifadə etdi. Bu zərurətdən irəli gələrək parlamentdə YAP-ı təmsil edən deputat korpusuna parlamentin buraxılması xahişi ilə Azərbaycan Prezidenti İlham Əliyevə müraciət etməsini tövsiyə etdi.

Bu sözləri Baş Nazirin müavini, YAP sədrinin müavini-icra katibi Əli Əhmədov noyabrın 28-də keçirilən mətbuat konfransında deyib.

Əli Əhmədov qeyd edib ki, Prezidentin öz səlahiyyətindən istifadə edərək parlamenti buraxması islahatların daha səmərəli şəkildə aparılmasına töhfə verəcək.

AZƏRTAC