Əli Əsədov Slovakiyanın Xarici İşlər və Avropa naziri ilə görüşüb

Tarix : 2019/11/29 07:00     Kateqoriya : SİYASƏT    


	Əli Əsədov Slovakiyanın Xarici İşlər və Avropa naziri ilə görüşüb

Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədov noyabrın 28-də Slovakiya Respublikasının Xarici İşlər və Avropa naziri Miroslav Layçakla görüşüb.

Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib ki, görüşdə Azərbaycan Respublikası ilə Slovakiya Respublikası arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

AZƏRTAC