Birləşmiş Ərəb Əmirlikləri "Şəhid günü"nü qeyd edir

Tarix : 2019/11/29 17:19     Kateqoriya : SİYASƏT    

Birləşmiş Ərəb Əmirlikləri \ Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycan Respublikasındakı səfiri Əlahəzrət Mohamed Ahmed Alqubaisi: "Birləşmiş Ərəb Əmirlikləri dövləti vətənin müdafiəsi uğrunda qurban olanların xatirəsi naminə Şəhidlər gününü anır" Şəhidlər günü hər ilin 30 noyabr tarixində Birləşmiş Ərəb Əmirliklərində dövlətin daxilində və xaricində vətən qarşısındakı borclarını– bütün sahələrdə istər Daxili İşlər Nazirliyi Silahlı Qüvvələri daxilində, istərsə də diplomatik və yaxud da əskəri borcunu yerinə yetirərkən şəhid olanların xatirəsini anmaq məqsədilə qeyd edilir. Şəhidlər günü 2015-ci ildə BƏƏ dövlətinin prezidenti Əlahəzrət Şeyx Xəlifə Bin Zayed Al Nahyan tərəfindən verilmiş müvafiq sərəncama əsasən elan edilmişdir. Şəhidlər günü BƏƏ övladları üçün təkcə şüar deyil, vətən torpağı uğrunda həlak olanlar deməkdir, qurban vermək və şəhid olmaq BƏƏ övladlarına mərhum lilder Şeyx Zayed Al Nahyandan qalan bir irsdir. O, ilk vətən övladlarının müəllimi, dövlətin qurucusudur. Şeyx Zayed şücaət kəliməsini BƏƏ övladlarının qəlblərinə həkk etmişdir: "Birlik üçün müdafiə müqəddəs vacibiyyətdir və hərbi xidməti hər bir vətən övladı üçün şərəfdir. Necə ki, əcdadlarımız vətən uğrunda canlarını qurban vermişlər, eləcə də biz onların yolu ilə getməliyik. BƏƏ dövləti və liderləri, həmçinin BƏƏ xalqı vətən üçün və onun ədalət naminə bayrağını yüksəltməyə hər zaman hazırdır. "BƏƏ ordusu dövlət qurmaq və xalqı müdafiə etmək üçün yaradılıb. Eyni zamanda vətən övladları lazım gəldikdə orduya dəstək üçün hər zaman hazırdır". Cənab səfir qeyd etmişdir ki, şəhidlər bizim və gələcək nəsillərimizin sülh içində yaşaması üçün həyatlarını qurban vermişlər. "FaktAt.az"