Elxan Poluxov Qoyas ştatının rəhbərliyi ilə keçirilən görüşlərdə ikitərəfli əlaqələri müzakirə edib

Tarix : 2020/03/04 15:37     Kateqoriya : SİYASƏT    


	Elxan Poluxov Qoyas ştatının rəhbərliyi ilə keçirilən görüşlərdə ikitərəfli əlaqələri müzakirə edib

Cari ilin 2 mart tarixində, səfir Elxan Poluxov Qoyas ştatının vitse qubernatoru Lincoln Tejota, Vitse Qubernatorluğun mədəniyyət, iqtisadiyyat və sosial sahəsində fəaliyyət göstərən idarələrinin rəhbərləri və yerli iş adamları ilə birlikdə görüş keçirilmişdir.

Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, görüş zamanı, səfir Elxan Poluxov Azərbaycanın iqtisadi potensialı, ölkədəki münbit siyasi vəziyyət, ikitərəfli əlaqələr, eləcədə Braziliya Milli Konqresində Senatın Vitse prezidenti Antonio Anastasiyanın rəhbərlik etdiyi nümayəndə heyyətinin Azərbaycana səfəri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat vermiş və tərəflər əlaqələrin daha da dərinləşdirilməsinə dair qərar qəbul etmişlər.

Eyni gündə, səfir Elxan Poluxov Qoyaniya şəhərinin meri İris Rezende ilə görüşmüşdür. Görüş zamanı, təhsil, mədəniyyət və iqtisadi sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilmişdir. Şəhər merinə ölkəmizdə keçirilən müxtəlif idman, mədəniyyət, sosial və sair sahələrdəki tədbirlər haqqında məlumat verilmişdir. Səsələndirilən tədbirlər qarşı tərəfin böyük marağına səbəb olmuş və əlaqələrin daha da genişləndirilməsi üçün potensialın olduğunu tərəflər qeyd etmişlər.

Məlumat üçün bildiririk ki, qeyd edilən ştatla sıx əlaqələr artıq 2017-ci ildən qurulub. Ştatın kapoeyra komandası 2018-ci ildə Bakıda keçirilən Kapoeyra yarışlarında iştirak etmiş, səfirlik isə ötən müddət ərzində ştatda müxtəlif sərgi və digər tədbirlərdə iştirak etmişdir.