Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışını edib 

Tarix : 2020/03/04 15:49     Kateqoriya : PREZİDENT    


	Prezident İlham Əliyev Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışını edib 

Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev martın 4-də Müdafiə Nazirliyinin Ağstafada yerləşən “N” saylı hərbi hissəsinin açılışında iştirak edib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Prezident, Ali Baş Komandan İlham Əliyevə raport verdi.

Dövlətimizin başçısı hərbi hissədə yaradılan şəraitlə tanış oldu. /AZƏRTAC/