İranla Azərbaycan arasındakı sərhəd keçidlərinin son vəziyyəti ilə bağlı açıqlama-RƏSMİ

Tarix : 2020/03/05 13:38     Kateqoriya : SİYASƏT    


	İranla Azərbaycan arasındakı sərhəd keçidlərinin son vəziyyəti ilə bağlı açıqlama-RƏSMİ

İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin iki ölkə arasındakı sərhəd keçidlərinin son vəziyyəti ilə bağlı açıqlaması
 
Səfirliyin mətbuat xidməti 5 mart 2020-ci il tarixində «Fakt-Araşdırma»-ya verdiyi məlumatda bildirilir ki, son məlumatlara görə, iki ölkə arasında birbaşa uçuşlar dayandırılıb. 
 
Azərbaycan rəsmiləri İran vətəndaşlarının Azərbaycan Respublikasını tərk etməyəsinə şərait yaradır, lakin İran vətəndaşlarının Azərbaycan ərazisinə daxil olmasına icazə vermir.
 
Azərbaycan rəsmiləri həmçinin öz vətəndaşlarının İrana səfərinə icazə vermir, lakin İranda qalan vətəndaşlarının ölkəyə geri qayıtmasını təmin edir. Bu vətəndaşlar geri qayıdarkən tibbi müayinədən keçməli və koronavirusa yoluxma halları qeydə alınarsa, karantinə alınacaqlar. 
 
Yük avtomobillərinin sərhəddən keçidi qismən təmin olunur və virusa yoluxanlar karantinə alınırlar. 
 
Ümumilikdə, iki ölkə arasında gediş-gəliş əvvəlki kimi deyil. Eyni zamanda bildirmək lazımdır ki, İran vətəndaşları üçün təşkili nəzərdə tutulan bütün Novruz tədbirləri ləğv olunur. 
 
Səfirlik  İranda koronavirusun nəzarət altına alınmasının sərhəd əlaqələrinin normallaşmasına kömək edəcəyinə ümid edir və fürsətdən istifadə edərək, Azərbaycan xalqına can sağlığı və xoşbəxtlik arzu edir.