İsraildən Azərbaycan xalqına dəstək-VİDEO

Tarix : 2020/05/01 12:40     Kateqoriya : SOSİAL    


	İsraildən Azərbaycan xalqına dəstək-VİDEO

İsrail Dövlətinin Azərbaycan Respublikasındakı Föqəladə və Səlahiyyətli Səfiri Cənab Corc Dik Azərbaycana pandemiya dövründə öz dəstəyini nümayiş etdirdi.

Fakt-Araşdırma Təhlil”-in məlumatına görə 25 aprel tarixində İsrail Dövləti Azərbaycanda yardım kompaniyasına qoşulmuşdur.

İsrail Dövlətinin pandemiya dövründə dost yardımı bir daha onu deməyə əsas verir ki, dövlətlərarası dostluğumuz sarsılmazdır. İsrail Dövlətinin Azərbaycanın Müstəqilliyini və Suverenliyini bütövlükdə tanıması Azərbaycanın haqq səsini daha da gücləndirir.

Belə ki, Cənab Corc Dik, Bakı və Masallı ərazisində yaşayan aztəminatlı və ahıl yaşlı ölkə vətəndaşlarına dəstək olaraq ərzaq yardımı göstərib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon Şöbəsinin Sosial Xidmət Sektorunun işçiləri və Yeni Azərbaycan Partiyasının Masalı rayon Təşkilatının könüllülərinin vasitəsi ilə İsrail Dövlətinin yardımı paylanmışdır.

Qeyd edək ki, hər bir ünvana ərzaq yardımı imza ilə təhvil verilmişdir.

 

Yardımın paylanması videosunun linki: https://www.facebook.com/IsraelinAzerbaijan/videos/2266032133706589/

Bu yardıma görə  biz də redaksiyamız adından Cənab Corc Dikə minnətdarlığımızı bildiririk.

Xəyalə Süleymanqızı