Birləşmiş Ərəb Əmirlikləri yeni koronavirus infeksiyasına 563 yoluxma faktı qeydə almış və ölkədə infeksiyanın ümumi sayının 32532-ə çatdığını və ümumilikdə mayın 28-nə 16685 nəfərin virusdan sağaldığını, ölüm saynın isə 258-ə çatdığını bildirmişdir.
Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, ən son yeniliklər belədir:
BƏƏ, 28 may tarixindən etibarən Dubayda idman zallarını, kinoteatrları yenidən açmaq və sərbəst hərəkəti artırmaqla iqtisadi fəaliyyətini bərpa etmək istiqamətində daha bir addım atmıışdır. BƏƏ-nin ən böyük səhiyyə şəbəkəsinin baş həkiminin sözlərinə görə artıq bir aydır ki, BƏƏ-nin əlaqə izlənməsi tətbiqi aktivdir və bu tətbiq koronavirusu blok vəziyyətindən daha effektiv idarə edə biləcək.
BƏƏ-də aparılan COVİD – 19 genom tədqiqatı
ardıcıl nümunələr aralarından 17-sinin daha
əvvəl bildirilmədiyi 70 mutasiya qeydə
almışdır. Nəticədə ardıcıllıqla bölüşdürülən
məlumatlar özündə qlobal açıq mənbəli
COVID-19 genom bazası olan Nexstrain-i
(alimlərə virusun qlobal səviyyədə yayılmasına
nəzarət etməyə kömək edəcək genetik
məlumatları istifadə edir) də ehtiva edən
müxtəlif məlumat bazalarına ötürülmüşdür. BƏƏ-də akkreditə olunmuş bir sıra xarici ölkələrin səfirləri, BƏƏ-nin ölkədəki bütün əcnəbi vətəndaşların və qonaqların sağlamlığının və təhlükəsizliyinin qorunması, habelə vətənə qayıdanların və dünyanın hər yerində həyat xilas edən yardımın göstərilməsi səylərini əks etdirən videoçarxda iştirak etmişlər. İştirak edən ölkələr arasında İngiltərə, ABÅž, Almaniya, Filippin, Əfqanıstan, İsveçrə və sairə ölkələr var.
Hazırda BƏƏ-də 2 miliyondan artıq test edilib
ki, bu da hər 4.5 nəfərə bir test deməkdir. Və
beləliklə, BƏƏ dünyada test aparılmasına görə
liderdir. BƏƏ tərəfindən hazırlanmış sürətli COVID-19 lazer testi, 85 - 90 % dəqiqliyi ilə ümidverici nəticələr göstərir. Effektivliyinin artırılması üçün test hazırda sınaqlardan keçirilir.
BƏƏ, Abu Dabidə 1200 çarpayılıq daha bir
sahə xəstəxanası açıb. Əsasən işçilər üçün
nəzərdə tutulan dörd əlavə sahə xəstəxanası
yaxın günlərdə açılacaqdır. "Emirates" aviaşirkəti Dubay beynəlxalq hava limanında və Dubaya uçuşlarda hər sərnişinə pulsuz gigiyena dəstləri təqdim edir. Bu dəstlərdə maskalar, əlcəklər, antibakterial salfetlər və əl təmizləyici maddələr var, sərnişinlərin təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görür.
BƏƏ humanitar yardımını və COVID-19 ilə mübarizə səylərini davam etdirir:
§ BƏƏ COVID-19 ilə qlobal mübarizəni gücləndirmək üçün Tacikistan və İraq Kürdüstanına tibbi yardım göndərmişdir. Bu günə qədər BƏƏ 658 mindən çox tibb mütəxəssisinə dəstək olaraq 57 ölkəyə 658 metrik tondan çox COVID-19 yardımı göstərmişdir.
§ BƏƏ Nevada ştatının Las Veqasdakı ən böyük koronavirus müayinə mərkəzlərindən birinə təxminən 20 milyon dollar (Dh73.5m) dəyərində 200.000 test dəsti bağışlamışdı. Bu, Əbu Dabinin vəliəhd şahzadəsi və BƏƏ Silahlı Qüvvələrinin Ali Komandanının müavini Åžeyx Məhəmməd bin Zayed tərəfindən minlərlə Nevada sakininin COVID-19 üçün test edilməs üçün idi.
§ BƏƏ Yəmən Hökuməti ilə koordinasiya edərək BƏƏ-nin geri qayıtmaq humanitar səyləri çərçivəsində 100 Yəmənli vətəndaşın vətənlərinə qayıtmasına kömək etmişdir.