Milli Məclis Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin təyin edilməsi haqqında məsələyə baxıb

Tarix : 2020/06/05 12:36     Kateqoriya : PARLAMENT    


	Milli Məclis Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin təyin edilməsi haqqında məsələyə baxıb

Parlamentin iyunun 5-də keçirilən növbədənkənar sessiyasında “Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvlərinin təyin edilməsi haqqında” məsələyə baxılıb.

Komissiya üzvləri sırasına Adil Əliyevin, Əminə Ağazadənin, Elşad Mirbəşiroğlunun, Arzu Nağıyevin və Səfa Mirzəyevin daxil edilməsi təklif olunub.

Müzakirələrdən sonra məsələ səsverməyə çıxarılaraq təsdiqlənib./AZƏRTAC/