Mir Cəlal yaradıcılığı beynəlxalq virtual aləmdə

Tarix : 2020/06/10 13:03     Kateqoriya : MƏDƏNİYYƏT    


	Mir Cəlal yaradıcılığı beynəlxalq virtual aləmdə

Kolumbiyanın məşhur “De la literatura” (“Ədəbiyyat haqqında”) “facebook” səhifəsi Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində görkəmli Azərbaycan yazıçısı Mir Cəlalın ispan dilinə tərcümə olunmuş “İki ananın bir oğlu” hekayəsinin yayımına başlayıb.

Tərcümə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, hekayə yazıçının həyat və yaradıcılığı haqqında geniş məlumatla təqdim edilir.