İran gəmilərinə qarşı sanksiya tətbiq olunub

Tarix : 2020/06/10 13:07     Kateqoriya : DÜNYA    


	İran gəmilərinə qarşı sanksiya tətbiq olunub

Venesuelaya yanacaq apardıqdan sonra İrana məxsus bir sıra tanker və yük gəmilərinə qarşı sanksiya tətbiq olunub.

Bu barədə məlumat ABŞ Maliyyə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qeyd olunub ki, İranın “Aba”, “Əlvan”, “Amina”, “Andiya”, “Ardavan” və “Arezoo” yük gəmilərnin adları sanksiyalar siyahısına daxil edilib.

İran mətbuatı yazır ki, onsuzda İranın 100 ədəd yük gəmisinə qarşı sanksiyalar tətbiq edilmişdi. Nəzərə çatdırılır ki, ABŞ-ın İran gəmilərinə və tankerlərinə qarşı sanksiyaları nüvə silahının yayılmasının qarşısını almaq kimi qələmə verməsi həqiqətə uyğun deyil və gülməlidir. Qeyd olunub ki, sanksiyalara baxmayaraq, rəsmi Tehran Karakas ilə ticarət əlaqələrinə davam edəcək. /AZƏRTAC/