Birləşmiş Ərəb Əmirlikləri Azərbaycana COVID-19 ilə mübarizədə yardım edir-FOTO

 

Tarix : 2020/06/21 17:24     Kateqoriya : SİYASƏT    


	Birləşmiş Ərəb Əmirlikləri Azərbaycana COVID-19 ilə mübarizədə yardım edir-FOTO

	 

Bu gün Birləşmiş Ərəb Əmirlikləri COVID-19 yayılmasının qarşısını almaq məqsədi ilə səylərini artırmaq üçün Azərbaycana  göyərtəsində 11 ton tibbi yardım və test cihazı daşıyan təyyarəsi göndərmişdir.

Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, bu yardım virusa qarşı mübarizə çərçivəsində çalışan təxminən 11 000 tibb işçisinə kömək edəcəkdir.

Öz şərhində BƏƏ-nin Azərbaycandakı səfiri cənab Mohamed Ahmed Hamel Alqubaisi bildirmişdir ki: “BƏƏ ilə Azərbaycan arasında əlaqələr bir çox sahələrdə əhəmiyyətli dərəcədə inkişaf edir. Bu əlaqələri dostluq, anlaşma və qarşılıqlı dəstəyin möhkəmləndirilməsi üçün iki ölkə rəhbərliyinin ümumi maraq doğuran bir çox regional və beynəlxalq məsələlərdə və müxtəlif beynəlxalq forumlar çərçivəsində ortaq baxışı  dəstəkləyir”.

“Bu gün tibbi yardım təyyarələrinin göndərilməsi BƏƏ rəhbərliyinin müxtəlif ölkələrdə, xüsusən də dünyanın pandemiya ilə mübarizədə üzləşdiyi çətinliklər fonunda dost və qardaş ölkələrin yanında olmasının bir ifadəsidir” – deyə cənab səfir əlavə etdi.

Bu günə qədər BƏƏ dövləti COVID-19 böhranına qarşı mübarizə çərçivəsində 67 ölkəyə 946 metrik tondan çox yardım göstərərək, bu prosesdə 946 mindən çox tibbi mütəxəssisə dəstək olmuşdur.

Xəyalə Süleymanqızı