BƏƏ –də koronavirus ilə bağlı son xəbərlər və yeniliklər

 

Tarix : 2020/06/27 11:20     Kateqoriya : SİYASƏT    


	BƏƏ –də koronavirus ilə bağlı son xəbərlər və yeniliklər

	 

Birləşmiş Ərəb Əmirlikləri yeni koronavirus infeksiyasına 430 yoluxma faktı qeydə almış və ölkədə infeksiyanın ümumi sayının 46,563 -ə çatdığını və ümumilikdə iyunun 25-nə 35,165  nəfərin virusdan sağaldığını, ölüm saynın isə 308-ə çatdığını bildirmişdir.

Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyindən «Fakt-Araşdırma»-ya verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti və Baş Naziri, Dubayın Hökmdarı Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Əl-Maktum  Ümumdünya Qaçqınlar Gününü  Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığından Burkina Fasoya təcili humanitar yardımın çatdırılmasını dəstəkləmək üçün yardım uçuşu sifariş edərək qeyd etdi.  BƏƏ bu həftə də Azərbaycana, Taylanda, Somaliyə, Peru və İraqa yardım göndərdi.

Süni intellekt və bulud hesablamaları üzrə BƏƏ –də mərkəzləşmiş G42 şirkəti və Çinin Sinopharm Group əczaçılıq şirkəti BƏƏ-də COVID-19 peyvəndinin 3-cü sınaq fazasının keçirlməsi üçün icazə əldə ediblər, bu dünya üzrə insanlarda aparılan son mərhələdə olan ilk sınaqlardan biridir.

Dubay turistlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə beynəlxalq tibbi sığorta, COVID-19 testi və sağlamlıq haqqından bəyannamənin təqdim edilməsi şərti ilə 7 iyul tarixindən etibarən turistlər üçün açılacağını bildirmişdir.

BƏƏ gecə saatlarında hərəkətetmə məhdudiyyətini aradan qaldırdığını və Milli Dezinfeksiya Proqramının müvəffəqiyyətlə tamamlandığını elan etdi və 12 yaşdan kiçik uşaqların ölkə daxilindəki ticarət mərkəzlərinə və restoranlarına girməsinə də icazə verildi.

Etihad Hava Yolları Avstriyanın tibbi texnologiya istehsalçısı olan Medicus AI şirrkəti ilə turistə ÜST-ün göstərişləri əsasında COVID-19 virusuna yoluxma riskini qiymətləndirmək imkanı verəcək cihazın hazırlanması üçün müqavilə bağlayıb.

Emirates Hava Yolları şəbəkəsi daxilində müsbət trafik artım tendensiyasının olduğunu qeyd etdərək səyahətlərə tətbiq edilən məhdudiyyətlərin zəiflədilməsi fonunda cədvəlinə yeni uçuşlar əlavə edir. Hazırda Dubayı 40 şəhərlə birləşdirən nəqliyyat şirkəti yaxın günlərdə daha çox istiqamət təklif etməyi planlaşdırır.

BƏƏ təhsil orqanları, milli açılış strategiyasının bir hissəsi olaraq körpələr evləri, məktəblər və universitetlər üçün planlaşdırılan ciddi sağlamlıq tədbirləri əsasında bu ilin sentyabr ayında sinif otaqlarında təhsilə qayıtmaq üçün zəmin hazırlayır.