STP-nin Baş direktoru öz xahişi ilə işdən azad olunub

Tarix : 2020/07/11 13:03     Kateqoriya : İQTİSADİYYAT    


	STP-nin Baş direktoru öz xahişi ilə işdən azad olunub

“Sumqayıt Texnologiyalar Parkı” MMC-nin Baş direktoru Emin Məmmədov öz xahişi ilə 17.07.2020-ci il tarixindən etibarən tutduğu vəzifədən azad olunacaq.

Sumqayıt Texnologiyalar Parkından «Fakt-Araşdırma»-ya verilən məlumata görə, müvəqqəti olaraq Baş direktor vəzifəsi üzrə səlahiyyət Baş maliyyə inzibatçısı Rauf Atakişiyevə həvalə olunur.

STP olaraq Emin Məmmədova gələcək peşəkar fəaliyyətində uğurlar və yeni nailiyyətlər arzu edirik.