Vladimir Putin müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

Tarix : 2020/07/31 15:08     Kateqoriya : DÜNYA    


	Vladimir Putin müsəlmanları Qurban bayramı münasibətilə təbrik edib

Rusiya Prezidenti Vladimir Putin Rusiya müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.

Rusiya Prezidenti Vladimir Putin Qurban bayramı münasibətilə Rusiya müsəlmanlarına təbrik məktubu göndərib. Məktubda qeyd edilir ki, Qurban bayramı müqəddəs Quranın əsasını təşkil edən doğruluq, ədalət və mərhəmət, doğmalara və yaxınlara sevgi kimi yüksək mənəvi ideallara sədaqət rəmzidir.

Rusiya Prezidenti vurğulayıb: "Qeyd etməliyəm ki, çoxəsrlik islam ənənələrinə sadiq qalan müsəlmanlar ölkəmizin mədəni müxtəlifliyinin qorunub saxlanmasına sanballı töhfə verir, cəmiyyətdə millətlərarası həmrəylilyin mphkəmlədilməsinə imkan yaradırlar”. /AZƏRTAC/