Cüdoçumuz gümüş medal qazanıb

Tarix : 2016/02/22 19:08     Kateqoriya : İDMAN    


	Cüdoçumuz gümüş medal qazanıb

Azərbaycan milli komandası Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə Qran-pri beynəlxalq turnirində çıxışını yekunlaşdırıb.

«Fakt-Araşdırma» xəbər verir ki, cüdoçularımızdan Rüstəm Orucov (73 kq) mötəbər turniri bir gümüş medalla başa vurub. Millimizin digər iki üzvü - Orxan Səfərov (60 kq) və Elmar Qasımov (100 kq) isə yeddinci sırada qərarlaşıblar.