Seyid Abbas Musəvi: «Çalışacağam ki, münasibətlərimiz daha da genişlənsin»

Tarix : 2020/09/15 16:59     Kateqoriya : SİYASƏT    


	Seyid Abbas Musəvi: «Çalışacağam ki, münasibətlərimiz daha da genişlənsin»

İranın ölkəmizə yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi media nümayəndələri ilə ilk müsahibəsini edib.

Səfir bildirib ki, İranla Azərbaycan arasında olan müştərəkliklər başqa heç bir ölkə arasında yoxdur. "Ona görə də özümü Bakıda evimizdəki kimi hiss edurəm. Ölkələrimiz arasında münasibətlər tarixdə heç vaxt indiki kimi yaxın olmayıb. Xöşbəxtəm ki, məhz belə bir dövrdə gəlmişəm Azərbaycana. Prezident İlham Əliyevlə çox səmimi görüşümüz oldu. O, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığa töhfə verməkdədir. Mən də öz növbəmdə çalışacağam ki, münasibətlərimiz daha da genişlənsin", - deyib səfir.