İran səfiri: «İqtisadi əlaqələrimizin inkişafına xarici təzyiqlər mane olub»

Tarix : 2020/09/16 11:33     Kateqoriya : İQTİSADİYYAT    


	İran səfiri: «İqtisadi əlaqələrimizin inkişafına xarici təzyiqlər mane olub»

"İki ölkə arasında iqtisadi əlaqələrin tam potensialından istifadə etməmək müxtəlif səbəblərdən asılıdır".

Faktat.az” xəbər verir ki, bu barədə İran İslam Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Seyid Abbas Musəvi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib. 

"Ola bilər ki, biz prioritetləri düzgün seçməmişik və ya xarici təzyiqlərin təsiri olub. Ancaq yeni dönəmdə biz düzgün prioritetləri seçməkdə qərarlıyıq. Üçüncü ölkələrin təzyiqlərinin iqtisadi əlaqələrimizə mane olmasına imkan verməyək", deyə səfir bildirib.

Səfir əlavə edib ki, "Bura gəlmədən öncə İranın Azərbaycanla həmsərhəd vilayətlərində oldum. Orada bəzi yerlərdə gələcəkdə sərhədyanı bazarların açılacağını dedilər. İrana ticarətə getmək istəyən azərbaycanlılar həmin bazarlardan, ya da istəsələr ölkənin müxtəlif şəhərlərindən alış-veriş edə bilərlər".