Teymur Åžixkərimov barəsində cinayət işi başlanıb

Tarix : 2020/09/19 10:53     Kateqoriya : ARAŞDIRMA    


	Teymur Şixkərimov barəsində cinayət işi başlanıb

08 iyun 2020-ci il tarixdə Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində Aygün Åžixkərimovaya çoxsaylı bıçaq zərbələri vurularaq qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə Sumqayıt şəhər prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır.

Baş Prokurorluqdan “Faktat.az”-a verilən məlumata görə, istintaqla zərərçəkmişin əri Teymur Åžixkərimovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Aygün Åžixkərimovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.